“Ukrainian Center”də Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbir keçirildi - Fotolar

ukrainian-centerde-heyder-eliyevin-100-illik-yubileyi-ile-bagli-tedbir-kecirildi
Oxunma sayı: 1962

Azərbaycan xalqının ümummilli lideri, görkəmli siyasi xadim Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Ukraynanın Azərbaycandakı Fəxri Konsulluğu “Ukrainian Center”də tədbir keçirib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə  Heydər Əliyevin həyat və fəaliyyətinə, ölkəmizdəki inkişaf istiqamətində gördüyü işlərə dair KOBİA-nın sifarişi ilə hazırlanan “Əbədiyyətin ilk əsri. Heydər Əliyev 100” filmi nümayiş etdirilib.

Tədbirin açılışını Ukraynanın Azərbaycandakı Fəxri konsulu Mehrəli Qasımov edib:

“Heydər Əliyev Azərbaycan tarixinin əsas simalarından biri hesab edilir. O baxımdan ki, dahi şəxsiyyətin nəinki daxili, həm də xarici siyasət strategiyası özünəməxsus idi. Ağır dönəmdən çıxan Azərbaycanın qarşısında duran mühüm vəzifələrdən biri milli mənafelərə əsaslanan xarici siyasət kursunun müəyyən etmək idi. Görkəmli şəxsiyyət bunu, özünün səmərəli və praqmatik siyasəti ilə həll etməyə başladı.1993-cü ildə hakimiyyətə qayıdan lider Heydər Əliyev Azərbaycanın xarici siyasətini təzələdi, və ölkənin strateji maraqları əsasında yenidən qurdu. Bu siyasi kurs bir çox ölkələrə model olmalıdır. Düşünürəm biz, yeni nəsil olaraq, bu kursu örnək almalı, qarşımıza qoyulan öhdəlikləri, məhz bu təcrübə ilə yerinə yetirməliyik.

Ukrayna, ukraynalılar ağır günlər keçirir, hazırda ölkənin bərpası, həm də beynəlxalq birliyin gündəmindədir. Biz bu istiqamətdə də,Azərbaycanı nümunə olaraq götürməliyik. Ukraynanın çətin günlərində Azərbaycan tərəfindən edilən 3,500 tonluq humanitar yardım, (18,23 milyon ABŞ dolları), “Silk Way”, “SOCAR Energy Ukraine” kimi Azərbaycan şirkətlərinin xüsusi qatqısı və dəstəyini də, bu çoxillik uğurlu xarici siyasətin davamı olaraq dəyərləndiririk. Onu da qeyd edək ki, müharibə şəraitində olan Ukraynadan hələ də məktəbli uşaqlar reabilitasiya üçün Azərbaycana gətirilməkdə davam edir.”

Tədbirdə çıxış sözünü Ukrayna – Azərbaycan İş adamları assosasiyasının nümayəndəsi Anar Quliyev, “Ukrainian Center”in direktoru Oleksandr Klassen, Mərkəzin Şamaxı Regional filialının direktoru Rüstəm İsgəndərli davam etdirib. Müharibədən sonra Ukraynanın regionlarının iqtisadi inkişafı planları və Ukraynada investisiya yatırımına maraqlı olan investorlar barədə məlumat verilib. Həmçinin Azərbaycanın biznes dairəsi ilə əməkdaşlığın vacibliyi vurğulanıb.