Ukrayna daha bir şəhəri geri qaytardı - Video

ukrayna-daha-bir-seheri-geri-qaytardi
Oxunma sayı: 4911

Ukrayna Buça şəhərini rusiyalı hərbçilərdən azad edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə şəhərin meri Anatoli Fedoruk Teleqram kanalında məlumat verib. O bildirib ki, şəhərin azad edilməsinə martın 31-dən başlanılıb. 

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, Buçadan geri çəkilərkən Rusiya ordusunun bölmələri mülki tikililəri, infrastruktur obyektlərini və qəsəbə daxilində bəzi əraziləri minalayıblar.