Özgür Özel barəsində istintaq başladıldı

ozgur-ozel-baresinde-istintaq-basladildi
Oxunma sayı: 1156

Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özel barəsində istintaq başladılıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, CHP sədri məhkəmə heyətini təhqir etməkdə ittiham olunur.

Bildirilib ki, araşdırma Mərmərə Həbsxana Kompleksində keçirilən məhkəmə prosesinin ilk iclasından sonra Ö.Özelin mətbuata verdiyi açıqlamalarla bağlı başladılıb.

Hadisə ilə bağlı hüquqi prosesin davam etdiyi bildirilib.