İsrailin hava zərbələrindən sonra Livanda ölənlərin sayı artdı

israilin-hava-zerbelerinden-sonra-livanda-olenlerin-sayi-artdi
Oxunma sayı: 398

İsrail ordusunun Livanın müxtəlif bölgələrinə endirdiyi hava zərbələri nəticəsində mülki itkilər kritik həddə çatıb.

“Qafqazinfo” xəbər verir ki, Livan Səhiyyə Nazirliyi martın 2-dən başlayan eskalasiya nəticəsində həlak olanların sayının 486-ya çatdığını açıqlayıb.

Məlumata görə, hücumlar zamanı yaralananların sayı 1.313 nəfərə çatıb. Səhiyyə naziri Rakan Nassereddin bildirib ki, itkilərin sürətlə artması son 48 saatda zərbələrin intensivləşməsi ilə bağlıdır.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı əməliyyatdan sonra “Hizbullah”ın İsrailə raket zərbələri endirməsi ilə Livan cəbhəsi də tammiqyaslı müharibə zonasına çevrilib. Hazırda Livanın cənub və şərq bölgələrindən 83 mindən çox insan evlərini tərk edərək ölkənin daha təhlükəsiz hesab edilən şimal hissəsinə sığınıb.