“Ukrayna danışıqlara hazırdır, lakin Rusiya ilə yox”

ukrayna-danisiqlara-hazirdir-lakin-rusiya-ile-yox
Oxunma sayı: 2051

“Ukrayna danışıqlara hazırdır, lakin Rusiya ilə yox”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “PBS”ə müsahibəsində deyib. 

Onun sözlərinə görə, Moskva danışıqlar aparmaqda maraqlı deyil.

Bununla belə, Zelenski əlavə edib ki, o, “sülh istəyənlərlə” danışıqlara hazırdır. Onun fikrincə, müharibənin dinc yolla nizamlanması ilə bağlı təşəbbüs Kiyev tərəfindən gəlməlidir: “Buna görə də, iyun ayında İsveçrədə Ukrayna tərəfindən təklif edilən “sülh formulu” ilə bağlı sammit Rusiyanın iştirakı olmadan keçiriləcək”.

Xatırladaq ki, sözügedən sammit iyunun 15-16-da Byurqenştok kurort bölgəsində baş tutacaq.