İsveçrədə Ukrayna ilə bağlı keçiriləcək sülh sammitinin tarixi açıqlanıb.
“Qafqazinfo” “Blick” portalına istinadən xəbər verir ki, Ukraynadakı müharibənin nizamlanmasına həsr olunan yüksəksəviyyəli bu konfrans iyunun 15-16-da Byurqenştok kurort bölgəsində baş tutacaq.
Bununla belə, sammitdə konkret olaraq hansı ölkələrin iştirak edəcəyi məlum deyil. Buna baxmayaraq, konfransa 80-100 dövlətin dəvət ediləcəyi planlaşdırılır.
Qeyd edək ki, Rusiya bu danışıqlarda iştirak etməyəcəyini açıqlayıb.
Onu da xatırladaq ki, İsveçrə Ukraynanın istəyi əsasında sözügedən sülh sammitini keçirməyə razılıq verib.