Ukrayna kəşfiyyatına o rəhbərlik edəcək

ukrayna-kesfiyyatina-o-rehberlik-edecek
Oxunma sayı: 735

Ukrayna Prezidenti Volodimir Zelenski Xarici Kəşfiyyat Xidmətinə rəhbərlik edən Oleq İvaşşenkonu Baş Kəşfiyyat İdarəsinin yeni rəhbəri təyin edib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə dövlət başçısı öz teleqram kanalında yazıb. 

“Bu gündən etibarən Oleq İvaşşenko dövlətimizə xidmət etməyə və Ukraynanın hərbi kəşfiyyatı mövqeyində Rusiyanın hərbi potensialını məhdudlaşdırmaq üzrə tapşırıqları yerinə yetirməyə davam edəcək”, - Zelenski bildirib.

Xatırladaq ki, Zelenski daha əvvəl Kirill Budanovu Ukrayna Prezidentinin Ofisinin rəhbəri təyin edib. Prezident Ofisinin keçmiş rəhbəri Andrey Yermak korrupsiya qalmaqalından sonra noyabr ayında tutduğu vəzifədən istefa verib.