Ukrayna Mərkəzində sərgi keçirildi - Fotolar

ukrayna-merkezinde-sergi-kecirildi
Oxunma sayı: 1216

Bu gün Ukrayna Mərkəzində Ukraynanın Azərbaycandakı Fəxri Konsulluğunun təsis etdiyi sərgi baş tutub.

“Qafqazinfo” xəbər verir ki, sərgidə Ukrayna, Avropa Birliyi, Slovakiya, Belçika, Bolqarıstan, Xorvatiya, İtaliya, Polşa, Gürcüstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirlərinin xanımları və səfirliyin xüsusi əməkdaşları qonaq olublar. Onlar Mərkəzdə təşkil edilən sərgi ilə tanış olublar.

Sərgi Ukrayna Silahlı Qüvvələri ilə Kiyevin müdafiə xəttini təmin edən “Azov” batalyonunun qəhrəmanlığına həsr oedilib.

Açılışı edən Ukraynanın Azərbaycandakı fəxri konsulu  Mehrəli Qasımov çıxışında müharibələrin – hər zaman ağrılı nəticələr verdiyini, ən həssas məqam kimi isə uşaqların daha çox əziyyət çəkməsini və psixoloji travma almasını vurğulayıb.

“Müharibə başlayanda həyata keçirdiyimiz təxliyə zamanı biz bunun bir daha şahidi olduq”, - deyə konsul çıxışını tamamlayıb.  

Qeyd edək ki, “Azov alayı” Rus ordusu tərəfindən mühasirəyə alınmış Mariupolun müdafiəsinə cəlb olunan ən güclü qüvvələrdən biri idi.

 Mərkəzdə təşkil olunan tədbir Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rafat Poborski və Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskinin təşkil etdiyi “Mom, I don”t want war!” (“Ana, mən müharibə istəmirəm!”) şüarı altında dünyanın bir çox ölkəsində keçirilən sərgi çərçivəsində baş tutub.

Həmçinin qeyd edək ki, dünyanın bir çox ölkəsində təşkil edilən bu sərgi, Ukraynaya dəstək və müharibələrə son qoymaq, sağlam və təhlükəsiz gələcək üçün birgə mübarizəni təcəssüm etdirir.