Ukrayna ordusu oktyabrın 9-na keçən gecə Rusiyanın Volqoqrad vilayətində “Lukoyl- Korobkovskiy qaz emalı zavoduna” zərbə endirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Unian” portalı yayıb.
Bildirilib ki, nəticədə zavodda yanğın baş verib.
Vilayətin qubernatoru Andrey Boçarov zavoda hücum edilməsini və orada yanğın olmasını təsdiq edib.
Qeyd edək ki, sözügedən zavod Rusiyanın Cənub federal dairəsinin ən böyük müəssisəsi hesab olunur və zavodun istehsal etdiyi bütün məhsullar ixrac edilir.
Son xəbərlər
Son Xəbərlər