Ukrayna ordusunun hərbçisi Donbasda öldü

ukrayna-ordusunun-herbcisi-donbasda-oldu
Oxunma sayı: 1942

Ukrayna ordusunun hərbi qulluqçusu Donbasda münaqişə zonasında atışma nəticəsində dünyasını dəyişib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Hərbi Əməliyyatlar Qərargahı yayıb.

Məlumata görə, daha bir hərbi qulluqçu yaralanaraq xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, xarici media yazır ki, fevralın 17-si Donbasda təmas xəttində vəziyyət gərginləşib. Donetsk və Luqansk Xalq Respublikaları Ukrayna Silahlı Qüvvələri tərəfindən atəş açıldığını iddia edirlər. Kiyev isə öz növbəsində, öz mövqelərinin atəşə tutulduğunu açıqlayıb. Hər iki respublika ümumi səfərbərlik elan edib və sakinlərini Rusiya ərazisinə təxliyə etməyə başlayıb.