Ukrayna Rusiya səhnəsinə ayağı dəyənləri “Eurovision”a buraxmayacaq

ukrayna-rusiya-sehnesine-ayagi-deyenleri-eurovisiona-buraxmayacaq
Oxunma sayı: 947

Ukraynalı təşkilatçılar “Eurovision” mahnı müsabiqəsinə milli seçim mərhələsində yeni qərar qəbul ediblər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 2014-cü ildən sonra Rusiyada səhnəyə çıxmış ifaçılar müsabiqəyə qatıla bilməz. Bu qadağa Krıma gedən müğənnilərə də şamil edilir. Yarışmada yalnız “məsuliyyətini dərk edənlər” bəxtini sınayacaq.

Qeyd edək ki, 2020-ci ildə “Eurovision” Hollandiyada keçiriləcək.