Ukrayna Rusiyanın yeni itkilərini açıqladı

ukrayna-rusiyanin-yeni-itkilerini-aciqladi
Oxunma sayı: 2576

Rusiya Ukraynada hərbi əməliyyata başlayandan bu günə qədər təqribən 29 200 hərbçi itirib.

“Qafqazinfo” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Məlumata görə, fevralın 24-dən mayın 23-nə qədər Ukrayna ordusu Rusiyaya məxsus 1293 tank, 3166 zirehli döyüş maşını, 604 artilleriya sistemi, 201 reaktiv yaylım atəşi sistemi, 93 hava hücumundan müdafiə vasitəsi, 204 təyyarə, 170 helikopter, 476 pilotsuz uçuş aparatı, 110 qanadlı raket, 13 gəmi/qayıq, eləcə də 43 xüsusi texnika sıradan çıxarıb.