Ukraynada 474 mülki vətəndaş həlak olub - BMT

ukraynada-474-mulki-vetendas-helak-olub
Oxunma sayı: 1570

Rusiyanın başlatdığı hərbi əməliyyatdan sonra Ukraynada 474 mülki vətəndaş həlak olub.

“Qafqazinfo” “Unian”a istinadən xəbər verir ki, bu barədə məlumatı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının İdarəsi yayıb.

Statistikaya əsasən, Ukraynada daha 861 mülki şəxs xəsarət alıb.

BMT-dən bildirilib ki, itkilərin daha dəqiq sayı bu rəqəmlərdən daha yüksək ola bilər.