Ukraynada Gömrük və Vergi Xidmətlərinin rəhbərləri istefaya göndərildi - Yenilənib

ukraynada-gomruk-ve-vergi-xidmetlerinin-rehberleri-istefaya-gonderildi
Oxunma sayı: 2414

16:00

Ukraynada Gömrük Xidmətinin rəhbər heyətinin istefaya göndəriləcəyi gözlənilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ölkənin “Xalqın qulluqçusu” fraksiyasının rəhbəri David Araxamiya öz teleqram kanalında paylaşıb.

Ukraynalı biznesmen Seyar Kurşutov da öz növbəsində Gömrük Xidmətinin rəhbər vəzifəsini icra edən Vyaçeslav Demçenko və onun müavinləri Ruslan Çerkasskiy və Aleksandr Şuçkiyin istefaya göndəriləcəyini bildirib. Onun sözlərinə görə, Gömrük Xidmətinə müvəqqəti olaraq Sergey Zvyaqinçev rəhbərlik edəcək.

Xatırladaq ki, bir müddət əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə kadr dəyişikliyinin davam etdiriləcəyini açıqlayıb. Bundan əvvəl isə, yanvarın 24-ü Ukraynada bir neçə nazir müavini və vəzifəli şəxslər istefaya göndərilib.

17:50

“Ukrainskaya pravda”nın məlumatına görə, ölkənin Nazirlər Kabinetinin bu gün keçirilən iclasında Dövlət Gömrük Xidmətinin rəhbəri vəzifəsini icra edən Vyaçeslav Demçenko, müavinləri Aleksandr Şuçkiy və Ruslan Çerkasskiy, eləcə də Dövlət Vergi Xidmətinin rəhbərinin vəzifələrini icra edən Tatyana Kirienko istefaya göndərilib. 

Sözügedən şəxslərin istefaya göndərilmə səbəbi açıqlanmayıb.