Ukraynalı nazirin zarafatına özündən başqa gülən olmadı - Video

ukraynali-nazirin-zarafatina-ozunden-basqa-gulen-olmadi
Oxunma sayı: 1569

Ukraynanın İqtisadi inkişaf, ticarət və kənd təsərrüfatı naziri Timofey Milovanov mətbuat konfransında uğursuz zarafatı ilə gündəm olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hər şey keçmiş bankir Valeriya Qontarevanın yanan evi haqqında yazılmış “95-ci rüb” mahnısı ətrafında yaranmış qalmaqalı müzakirə zamanı başlayıb. Belə ki, həftənin əvvəlində nazir yumoristlərin çıxışının Ukraynanın investisiya iqliminə mənfi təsiri haqqında danışmış, oliqarx İqor Kolomoyski isə ona sərt cavab vermişdi. Kolomoyski Milovanovu “səfeh” adlandıraraq onu heç nədən beynəlxalq qalmaqal axtarmaqda günahlandırmışdı.

Milovanov bugünkü mətbuat konfransında “Mən bunu gizlətmirəm ki, mən səfehəm” deyərək gülməyə başlayıb. Daha sonra isə “zarafat edirəm” sözlərini əlavə edib. Bununla belə, zalda heç kəs nazirin bu zarafatına gülməyib.