Ukraynanı terrorçu dövlət adlandırdı

ukraynani-terrorcu-dovlet-adlandirdi
Oxunma sayı: 1887

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynanın artıq terrorçu dövlətə çevrildiyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, o, bu haqda teleqram kanalında qeyd edib.

“Keçmiş Ukraynanın beynəlxalq səviyyədə terrorçu dövlət kimi tanınmasının vaxtının çatıb-çatmaması ilə bağlı mübahisə yaranıb. Bu müzakirə “tamamilə sxolastikdir”. Əslində Ukrayna artıq öz və əcnəbi vətəndaşlarını sərbəst şəkildə öldürən terrorçu dövlətdir. Ukrayna onları şəhərlərdə, səngərlərdə öldürür, hətta həbsxanalarda da öldürür”, - Medvedev vurğulayıb.