Ulduz futbolçuya su qabı atan azarkeşi şillələdi - Video

ulduz-futbolcuya-su-qabi-atan-azarkesi-silleledi
Oxunma sayı: 2725

Xəbər verdiyimiz kimi, ötən gecə Fransa çempionatında keçirilən “Lion” – “Marsel” matçı azarkeşlərin qalmaqal yaratmasına görə təxirə salınıb.

“Qafqazinfo”nun məlumatına görə, yerli fanatlardan biri rəqib komandanın üzvü Dmitri Payetə su qabı ataraq ona xəsarət yetirib.

Azarkeşin yer aldığı fan-klubun rəhbəri isə həmin tərəfdara şillə vuraraq lazımsız hərəkət etdiyini deyib.

Qeyd edək ki, buna görə “Lion”a texniki məğlubiyyət verilə bilər.