Uşağını surroqat ana dünyaya gətirdi

usagini-surroqat-ana-dunyaya-getirdi
Oxunma sayı: 3539

41 yaşlı amerikalı kinoaktrisa, müğənni, fotomodel və dizayner Peris Hilton ana olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, instaqram hesabında yazıb.

“Sənin artıq burada necə sevildiyini sözlə ifadə etmək çətindir”, - o qeyd edib.  

“People” nəşrinin məlumatına görə, məşhurun övladını surroqat ana dünyaya gətirib.

Xatırladaq ki, 2021-ci ilin noyabrında Peris Hilton sahibkar Karter Reumla ailə həyatı qurub.