“Hər yeri bağlayıblar, yanğın çıxışı yoxdur” - Video

her-yeri-baglayiblar-yangin-cixisi-yoxdur
Oxunma sayı: 1126

Xəbər verdiyimiz kimi, bu gün gecə saatlarında Lökbatan qəsəbəsinin “Qobu Park-1” yaşayış massivində baş verən yanğında 4 nəfər həlak olub. Onlardan üçü ana və iki uşağı, digəri isə qonşu mənzildə yaşayan şəxsdir.

“Qafqazinfo” xəbər verir ki, hadisə ilə bağlı onların qonşuları “R TV”yə danışıb.

“Heyif onlara, balalarına heyif. Deyirlər uşaqların atası da evdə olub, indi komadadır”.

Digər qonşu isə bildirib ki, ölənlərin sayının çox olmasına səbəb yanğın çıxışının olmamasıdır:

“Hər yeri bağlayıblar, yanğın çıxışı yoxdur”.

Daha ətraflı süjetdə: