ABŞ Prezidenti Donald Tramp rəsmi Tehrana qarşı həyata keçirilən hərbi əməliyyatların daha da şiddətlənəcəyi ilə bağlı anons verib.
“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, Amerika lideri verdiyi son müsahibəsində ABŞ-nin hələlik İrana qarşı əsl güclü zərbələr endirməyə başlamadığını bildirib.
Tramp “hələ böyük bir dalğanın olmadığını” vurğulayaraq, ən böyük hərbi əməliyyatın yaxın vaxtlarda baş verəcəyini iddia edib.
Xatırladaq ki, fevralın 28-i səhər saatlarında ABŞ və İsrailin başladığı birgə əməliyyat nəticəsində İranın bir çox şəhərləri, o cümlədən paytaxt Tehran atəşə tutulub. İran tərəfi isə buna cavab olaraq regiondakı Amerika bazalarına və İsrailə kütləvi raket zərbələri endirməkdə davam edir.
Son xəbərlər
Son Xəbərlər