Valideynləri evlənmək istəməyən iranlı rejissoru qətlə yetirdi

valideynleri-evlenmek-istemeyen-iranli-rejissoru-qetle-yetirdi
Oxunma sayı: 3448

İranda valideynlər evlənmək istəməyən oğlunu amansızlıqla qətlə yetiriblər.

“Qafqazinfo” Mirror”a istinadən xəbər verir ki, 2010-cu ildən Böyük Britaniyada yaşayan və illər sonra İrana qayıdan kinorejissor Babək Horrmadin valideynlərinin təkidinə baxmayaraq evlənmək istəməyib. 47 yaşlı rejissorla valideynlərinin mübahisəsi düşüb və o, bıçaqlanıb. Babək Horrmadinin cəsədi parçalanmış halda Tehran ətrafındakı bir ərazidə tapılıb. Valideynlər oğullarının qətlini etiraf ediblər.

Bundan başqa, onların 3 il əvvəl qızlarını, 10 il əvvəl isə kürəkənlərini öldürdükləri üzə çıxıb. Polis rejissorun valideynlərini həbs edib və araşdırmalara başlanılıb.