Vaqif Həsənov növbəti səyyar qəbul-görüş keçirdi - Fotolar

vaqif-hesenov-novbeti-seyyar-qebul-gorus-kecirdi
Oxunma sayı: 1831

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun Abşeron rayonunun Mehdiabad qəsəbəsində səyyar qəbul-görüşü keçirilib.

“Qafqazinfo” xəbər verir ki, səyyar görüşdə əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb.

RİH başçısı Prezident İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirib, hazırda Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində aparılan yenidənqurma işləri barədə qəbul iştirakçılarını məlumatlandırıb.

Vaqif Həsənov qəbula gələn vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerindəcə həll edib, digər vacib məsələlərin həlli üçün isə müəyyən tapşırıqlar verərək həlli prosesini nəzarətə götürüb.