Vaxtanq Kikabidzenin xatirəsinə mahnı həsr etdilər - Video

vaxtanq-kikabidzenin-xatiresine-mahni-hesr-etdiler
Oxunma sayı: 2459

Xalq artisti Emin Ağalarov əfsanəvi gürcü müğənni Nani Breqvadze ilə duet ifa edib.

“Qafqazinfo” xəbər verir ki, onlar “Çiçəklər ölkəsi” adlı məşhur gürcü mahnısını dostları, Gürcüstanın Xalq artisti Vaxtanq Kikabidzenin əziz xatirəsinə həsr ediblər.

Eminin sözlərinə görə, bu mahnıya klipin hələ 2022-ci ildə Vaxtanaq Kikabidzenin iştirakı ilə çəkiləcəyi gözlənilirdi, duet ideyası artistlər arasında çoxdan müzakirə olunurdu:

“Mən yenitmə ikən Amerikada yaşayanda tez-tez tanınmış ifaçıların, o cümlədən Nani Breqvadze, Vaxtanq Kikabidzenin plastinkalarını alırdım. Bubanın ifasında “KVAVILEBIS KVEKANA” mahnısını eşitmişdim, elə 14 yaşımdan ürəyimə yatmışdı. Vaxtanq Kikabidze ilə Bakıda “JARA” festivalları keçiriləndə dostlaşmışdıq və bu kompozisiyanın birlikdə ifa edəcəyimizi müzakirə edirdik. Təəssüflər olsun ki, o, mahnının yazılması anına qədər yaşaya bilmədi...”

Qeyd edək ki, mahnının bəstəkarı Mixail Çirinaşvili, söz müəllifi isə Bidzina Feradzedir. Klip Tbilisidə lentə alınıb, ekran işinin rejissoru Zaza Oraşvilidir. Bu, Eminin gürcü dilində ilk ifasıdır.

V. Kikabidze bu il yanvarın 15-də vəfat edib.