Vəkildən Əfqan Muxtarlı ilə bağlı - Açıqlama

vekilden-efqan-muxtarli-ile-bagli
Oxunma sayı: 2206

Bu gün 16 saylı cəzaçəkmə müəssisəsində jurnalist Əfqan Muxtarlının məhkəməsi keçiriləcək.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, iclası Suraxanı rayon məhkəməsinin hakimləri aparacaq.

Qeyd edək ki, Ə. Muxtarlı cəzasının 3-də ikisini çəkdiyi üçün bu gün azadlığa çıxacağı ehtimal edilir.

***

Əfqan Muxtarlının vəkilləri Elçin Sadıqovla Zibeydə Sadıqova hazırda cəzaçəkmə müəssisəsinə gəliblər. E. Sadıqov bildirib ki, onlara bu barədə heç bir rəsmi məlumat verilməyib. 

***

Elçin Sadıqov Əfqan Muxtarlı ilə görüşdüyünü, azadlığa çıxacağı ilə bağlı məlumatın doğru olmadığını bildirib. O, Muxtarlının səhhətinin normal olduğunu əlavə edib. 

Murad Əhməd