Prezident İlham Əliyev akademik Vəli Axundovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
"Qafqazinfo" AzerTac-a istinadən xəbər verir ki, sərəncamda bildirilir ki, 2016-cı ilin may ayında Azərbaycanın görkəmli alimi və tanınmış ictimai-siyasi xadimi, akademik Vəli Yusif oğlu Axundovun anadan olmasının 100 illiyi tamam olur. Vəli Axundov uzun illər dövlət idarəçiliyi sahəsində ən məsul vəzifələrdə çalışarkən təqdirəlayiq fəaliyyət göstərmiş və tibb alimi kimi respublikada səhiyyə işinin təşkilinə töhfələr verib. Sərəncamda qeyd edilirki, Azərbaycan elminin inkişafında və ölkənin ictimai-siyasi həyatında mühüm xidmətləri olan akademik Vəli Axundovun 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi və Milli Elmlər Akademiyası ilə birlikdə akademik Vəli Axundovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
Son xəbərlər
Son Xəbərlər