“Başqasının başladığı işi davam etdirməsinə icazə vermək riskini daşıya bilmərik. Buna görə də bu qərarı indi veririk. Prosesdə yaxından iştirak edəcəyik və Venesuela xalqına layiq olduqları azadlığı təmin edəcəyik”.
“Qafqazinfo”nun məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib.
ABŞ Prezidenti bildirib ki, hazırda Maduradan sonra Venesuelada formalaşacaq növbəti idarəetmə ilə bağlı qərar üzərində işləyirlər.
“Başqasının ölkəni idarə etməsinə və onun qoyduğu işi ələ keçirməsinə imkan verə bilmərik. Buna görə də bu qərarı indi qəbul edirik. Bu prosesdə fəal iştirak edəcəyik. Biz Venesuela xalqı üçün azadlıq istəyirik”, – deyə o qeyd edib.
Donald Tramp əlavə edib ki, venesuelalılar Maduronun tutulmasından məmnundurlar, çünki ABŞ-y müsbət münasibət bəsləyirlər və Maduronun hakimiyyəti diktatura xarakteri daşıyırdı.
O, ABŞ-nin Venesuelanın gələcəyində çox fəal rol oynayacağını vurğulayıb.
Son xəbərlər
Son Xəbərlər