Vəsiqə üçün gəldilər, öz fotoları əvəzinə döyülən qadın şəkli gördülər - Video

Vəsiqə üçün gəldilər, öz fotoları əvəzinə döyülən qadın şəkli gördülər
Oxunma sayı: 6246

 "ASAN xidmət" Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günündə #zorakiligaqarsibirlikde - sosial aksiyasını  təşkil edib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, “ASAN xidmət”də şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətinə müraciət edən vətəndaşlara öz fotoları əvəzinə şiddətə məruz qalmış qadın fotosu göstərilib.

Yaradılmış qadın obrazı şərti olub və izlər vizual effektlər ilə əlavə edilib.

Vətəndaşlar əvvəlcə fotonu, daha sonra isə onlar üçün olan mesajı görüblər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi