Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, Vətən Müharibəsi Qəhrəmanı Yaşar Hüseynovun anası vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, 85 yaşlı Zərnigar Hüseynova bu gün Ağdamın Mirəşelli kənd məzarlığında - digər oğlu şəhid Füzuli Hüseynov və həyat yoldaşı Əhəd Hüseynovun yanında dəfn olunacaq.
10 uşağı olan Zərnigar Hüseynova eyni zamanda şəhid və 3 veteran anası idi.
Qeyd edək ki, Vətən Müharibəsi Qəhrəmanı Yaşar Hüseynov “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Evlidir. Bir oğlu, bir qızı var.
.png)
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər