Braziliyanın “Kruzeyro” klubunun müdafiəçisi Uolas Souza komandadan qovulub.
“Qafqazinfo” xəbər verir ki, buna səbəb onun klubun qapıçısını lağa qoymasıdır.
Uolas bir neçə matçda səhv edən qolkiperi timsahla əvəz edərək video düzəldib.
O, həmin videonu sosial şəbəkə hesablarında paylaşıb və qolkiperə lağ edib.
Bu isə klub rəhbərliyinin və azarkeşlərin qəzəbinə səbəb olub. Nəticədə müdafiəçi komandadan qovulub.
Son xəbərlər
Son Xəbərlər