Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibi genişləndirilib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Sərəncama edilən dəyişikliyə əsasən, Dövlət Gömrük Komitəsi Aparatının rəhbəri də siyahıya əlavə edilib.
Qeyd edək ki, sözügedən Aparatın rəhbəri Kənan Əsədovdur.
Son xəbərlər
Son Xəbərlər