Ötən gün Misli Premyer Liqasının 26-cı turunda keçirilən “Zirə” – “Şamaxı” (1:1) matçında baş hakim Elçin Məsiyev iki eyni epizodda fərqli qərar qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, matçın 6-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Brahim Konate şamaxılıların üzvü Andrey Tirkoveanuya qarşı kobudluq etsə də, referi qırmızı vərəqə göstərməyib.
E.Məsiyev matçın 53-cü dəqiqəsində “Şamaxı”nın üzvü Dioqo Balaunun Konateyə qarşı eyni kobudluğuna isə “qırmızı” çıxarıb.
Maraqlıdır ki, hakimlərin eyni epizodlarda müxtəlif qərarlar verməsinin arxasında nə durur.
Burada “Zirə”yə qarşı hər hansı güzəştdən söhbət gedə bilməz. Rəşad Sadıqovun komandası da hakimlərin yanlış qərarlarına görə xeyli xal itirib. Görünən odur ki, azərbaycanlı referilər epizodları analiz etməkdə çətinlik çəkir və ya istədikləri kimi qərarlar verirlər.
Son xəbərlər
Son Xəbərlər