Azərbaycanda həkimlərin peşə fəaliyyətinin hüquqi müdafiəsini təmin edən yeni hüquq şirkəti – “Health Advocate” artıq fəaliyyət göstərir.
“Qafqazinfo” xəbər verir ki, şirkət həkimlərin praktik tibb fəaliyyəti zamanı yarana biləcək hüquqi risklərin qarşısını almaq və onlara peşəkar hüquqi dəstək göstərmək məqsədi daşıyır.
Tibb sahəsi yüksək məsuliyyət və dəqiqlik tələb edən peşədir. Həkimlər insanların həyatını və sağlamlığını qorumaq üçün çalışırlar, lakin tibbi fəaliyyət bəzən pasiyent şikayətləri və hüquqi mübahisələrlə müşayiət oluna bilər. Bu kimi hallarda vaxtında və ixtisaslaşmış hüquqi dəstək həkimin peşə fəaliyyətinin qorunması üçün vacibdir.
Ənənəvi olaraq həkimlər hər bir hüquqi məsələ üçün ayrıca müqavilə bağlayır və müxtəlif hüquqşünaslara müraciət edirlər ki, bu da əlavə vaxt və xərclər deməkdir. “Health Advocate” isə bu prosesi sadələşdirir. Həkim yalnız bir dəfə müqavilə bağlayır və münasib ödəniş etməklə müəyyən müddət (1 il və daha artıq) ərzində qarşılaşa biləcəyi bütün hüquqi problemlərin həlli üçün peşəkar hüquqi xidmətlərdən yararlana bilir.
Şirkətin komandası hüquq və səhiyyə sahəsində ixtisaslaşmış mütəxəssislərdən ibarətdir və yalnız həkimlərlə işləyir. Bu yanaşma tibbi fəaliyyətin spesifik xüsusiyyətlərini nəzərə alaraq sahəyə uyğun və hədəfli hüquqi xidmətlərin göstərilməsini təmin edir.
Hüquqi sığorta çərçivəsində həkimlərə hüquqi müdafiə, peşə fəaliyyəti ilə bağlı zəruri sənədlərin hazırlanması və hüquqi nəzarət, eləcə də tibbi fəaliyyət zamanı mümkün risklərin əvvəlcədən qiymətləndirilməsi və qarşısının alınması təmin olunur.
Bu model həkimlərə hüquqi məsələlərin idarə olunmasını peşəkar komandaya həvalə etməyə imkan verir və onların diqqətini əsas fəaliyyətlərinə – pasiyentlərin sağlamlığının qorunmasına yönəltməyə şərait yaradır.
Əlaqə: Xətai rayonu, 8 Noyabr prospekti 15, Azure Business Center, 22/153
Telefon: +994 51 528 11 11
E-mail: [email protected]
“Health Advocate” – tibbi fəaliyyətinizin hüquqi sığortası.
Son xəbərlər
Son Xəbərlər