Yaşayışa yararsız tikili məktəb binasının inşasına çətinlik yaradır

yasayisa-yararsiz-tikili-mekteb-binasinin-insasina-cetinlik-yaradir
Oxunma sayı: 1052

Bakıda yaşayışa yararsız tikili məktəb binasının inşasına çətinlik yaradır.

“Qafqazinfo” xəbər verir ki, tikinti şirkətinin rəsmisi Orxan Mamedov Real TV-yə açıqlamasında mövcud ərazinin tam şəkildə şirkətə məxsus olduğunu bildirib.

O qeyd edib ki, bununla bağlı bütün sənəd və çıxarışlar mövcuddur: “Müəyyən bir zaman ərzində gecəqondu tipli tikililər tikiblər və ərazidə məskunlaşıblar. Heç bir sənədlərinin olmamasına baxmayaraq, yaşayış məntəqəsi kimi zəbt ediblər. Ancaq içəriyə daxil olsanız, görəcəksiniz ki, orada yaşayış üçün heç bir şərait də yoxdur”. 

O. Mamedov deyib ki, şirkət ərazisi olmasına baxmayaraq, sakinə hətta kompensasiya da təklif edilib:

“Təəssüflər olsun ki, vətəndaş dəyərindən 100 dəfə artıq şişirdilmiş məbləğ istəyib. Bu isə şirkətin imkanları daxilində deyil. Onu da qeyd edim ki, məktəbin tikintisinə başlanılarkən vətəndaş təcili olaraq tikilidə tikinti işlərinə başlayıb. Bununla da görüntü yaradıb ki, əlavə tikili var və buna  görə də ayrıca ödəniş alsınlar. Fikir verin, tikilidə işıq, qaz, su yoxdur.  Burada yaşamaq mümkün deyil. Sadəcə görüntü yaradıblar ki, külli miqdarda kompensasiya tələb etsinlər.

Biz bir şirkət olaraq bu günə qədər daha böyük ərazilərin yaşıllaşdırmasına xidmət edirik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub. Tikinti zonasına düşən bir neçə ağac haqqında rəy gözlənilir. Tikinti layihələndirilən zaman  burada ağacların olması nəzərə alınacaq.  Binanın girintili və çıxıntılı olmasının səbəbi yaşıllıqlara toxunmamaq”.

https://www.youtube.com/watch?v=B2BExO3UNcI