Vətən müharibəsində şəhid olan gömrükçünün xatirəsi anıldı - Video

veten-muharibesinde-sehid-olan-gomrukcunun-xatiresi-anildi
Oxunma sayı: 1133

Bu gün gömrük əməkdaşları Anım Günü münasibətilə İkinci Fəxri xiyabanı ziyarət edib.

"Qafqazinfo" xəbər verir ki, gömrükçülər Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan gömrük əməkdaşı Ülvi Hacıyevin məzarına əklil qoyulub, xatirəsini ehtiramla yad ediblər.

Xiyabanda uyuyan digər şəhidlərimizin də məzarları ziyarət edilib, bütün şəhidlərimizin xatirəsinə ehtiram ifadə olunub.

Sonra gömrük əməkdaşları Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyinin inzibati binasına gələrək, burada Ü. Hacıyevin xatirəsinə ucaldılmış büstün qarşısına əklil qoyublar.

Anım mərasimində Ü. Hacıyevin həyat yolu barədə məlumat verilib, onun bütün gömrük əməkdaşları üçün vətənpərvərlik nümunəsi olduğu və xatirəsinin daim yaşadılacağı vurğulanıb.

26 yaşında şəhidlik zirvəsinə ucalan Ü. Hacıyev Vətən müharibəsinə könüllü yollanıb. Füzuli, Cəbrayıl, Xocavənd rayonları və Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Ü. Hacıyev oktyabrın 19-da Şuşa şəhəri yaxınlığında döyüşlər zamanı şəhid olub.

Qeyd edək ki, Ü. Hacıyev "Vətən uğrunda" medalı ilə təltif edilib.