Vidadi Muradova yeni vəzifə verildi - Sərəncam

vidadi-muradova-yeni-vezife-verildi-
Oxunma sayı: 9309

Azərbaycan Prezidenti İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə İdarə Heyəti sədrinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Qafqazinfo” xəbər verir ki, sərəncamda deyilir:

“Vidadi Aydın oğlu Muradov “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilsin”.

Qeyd edək ki, Vidadi Muradov “Azər-İlmə”nin təsisçisi və rəhbəri, “Azərbaycan xalçaları” elmi-publisistik jurnalının baş redaktorudur. Bir neçə ay öncə İlham Əliyev Vidadi Muradovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqda sərəncam imzalamışdı.