Vilayət Eyvazov “Bandotdel”ə yeni rəis təyin etdi

Vilayət Eyvazov “Bandotdel”ə yeni rəis təyin etdi
Oxunma sayı: 7325

Daxili İşlər naziri Vilayət Eyvazov “Bandotdel”ə yeni rəis təyin edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, nazirin əmri ilə Nəsimi Rayon Polis İdarəsinin rəisi, polkovnik Əbülfət Rzayev vəzifəsindən azad edilərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, “Bandotdel”in bundan öncəki rəisi Seyfulla Əzimov nazirin birinci müavini təyin edilib.

Xatırladaq ki, polkovnik Ə.Rzayev Nəsimidən əvvəl Şəki və Sabunçu rayon Polis İdarələrinin rəisi işləyib. O, eyni zamanda, BDU-nun "Konstitusiya hüququ kafedrası"nın müəllimidir.

Fotoda Əbülfət Rzayev 

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi