Vilayət Eyvazov Səbailə polis rəisi təyin etdi

vilayet-eyvazov-sebaile-polis-reisi-teyin-etdi
Oxunma sayı: 16908

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Səbail Rayon Polis İdarəsinə yeni rəis təyin edib.

“Qafqazinfo” xəbər verir ki, nazirin əmri ilə Mingəçevir Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Hikmət Qasımov vəzifəsindən azad edilərək Səbail RPİ-yə rəis təyin edilib.

H.Qasımov daha əvvəl Sumqayıt RPİ-nin rəis müavini, ondan öncə isə paytaxtın Nərimanov Rayon Polis İdarəsində Cinayət Axtarış Şöbəsinin rəisi olub.

Qeyd edək ki, Səbail RPİ-nin rəisi, polis polkovniki Cavid Muradov avqust ayında tutduğu vəzifədən azad edilərək Bakının Sabunçu rayonuna rəis təyin edilib.

Həmçinin oxuyun: AZAL illər sonra ilk dəfə Ermənistan üzərindən uçuşlara başladı

“Dəmir yumruğ”u öpmək istəyən Əməkdar artistdən - Açıqlama

Murad Əhməd

Fotoda: Cavid Muradov