Vilayət Eyvazov yeni rəisi kollektivə təqdim etdi

vilayet-eyvazov-yeni-reisi-kollektive-teqdim-etdi
Oxunma sayı: 8124

Bu gün Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov İnterpolun Milli Mərkəzi Bürosuna gedərək qurumun yeni rəisi polis polkovniki Əlaslan Ağayevi şəxsi heyətə təqdim edib, xidməti fəaliyyətin daha səmərəli və effektiv təmin edilməsi üçün tələb və tövsiyələrini verib.

Bu barədə "Qafqazinfo"ya DİN-in Mətbuat Xidmətindən bildirilib.

Xatırladaq ki, V.Eyvazovun əmri ilə polis polkovniki Əlaslan Ağayev Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi təyin edilib.