Vilayət Eyvazovdan yeni təyinat

Vilayət Eyvazovdan yeni təyinat
Oxunma sayı: 7733

Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov Nəqliyyatda Baş Polis İdarəsinin Gəncə şəhər Dəmir yolu Xətt Polis Şöbəsinə yeni rəis təyin edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, nazirin əmri ilə Mingəçevir şəhər polis şöbəsinin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Babayev Rövşən Əli oğlu vəzifəsindən azad edilərək həmin vəzifəyə gətirilib.

Qeyd edək ki, bir müddət öncə şöbənin rəisi, polis polkovnik-leytenantı Şadəm Hüseynov xidmətdə olmanın son yaş həddi ilə bağlı vəzifəsindən azad olunaraq təqaüdə göndərilmişdi.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi