Vilyam Hacıyev məhkəmədən sonra bu sözləri deyib

vilyam-haciyev-mehkemeden-sonra-bu-sozleri-deyib
Oxunma sayı: 30151

İmişli Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Vilyam Hacıyev məhkəmədən çıxan zaman ailəsinə mesaj göndərib.

"Qafqazinfo" Bakupost.az -a istinadən xəbər verir ki, Vilyam Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib. Sabiq başçı avtomobilə mindirilən zaman üzünü ailə üzvlərinə tutaraq deyib:

"Hər şey yaxşı olacaq, bu günlər də keçəcək. Möhkəm olun".

Qeyd edək ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Səbail rayon Məhkəməsi V.Hacıyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.