“X” sosial media platforması Türkiyədə nümayəndəlik açıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.
Uraloğlu bildirib ki, şirkət bu nümayəndəliyi açmasaydı, məhdudlaşdırma cəzası ilə üz-üzə qalacaqdı.