Xabi Alonsoya alternativ tapıldı

xabi-alonsoya-alternativ-tapildi
Oxunma sayı: 3398

“Bavariya”nın baş məşqçisi Tomas Tuxel mövsümün sonunda komandadan ayrılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, komanda yeni baş məşqçi ilə bağlı çalışmalarını davam etdirir. Hazırda Münhen təmsilçisinin əsas hədəfi “Bayer”i çalışdıran Xabi Alonsonu komandaya gətirməkdir.

Alonsonun təyinatı baş tutmasa, "Bavariya"nın alternativi də hazırdır. Bundesliqa təmsilçisi "Brayton"un baş məşqçisi Roberto De Zerbi ilə danışıqlara başlayacaq.