Xalq ulduzu “Ayrılmaq istəyirəm” dedi- - Video

xalq-ulduzu-ayrilmaq-isteyirem-dedi-
Oxunma sayı: 2840


Bu barədə “Qafqazinfo”ya açıqlama verən ifaçı bildirib ki, sözləri Zeynəb Ədalətqızına, musiqisi müğənni Elvin Abdullayevə məxsus olan mahnının ekran işinin fərqli süjet xətti var: 

“Xeyli müddət idi ki, ifa etdiyim “Ayrılmaq istəyirəm” adlı mahnıma klip çəkdirməyi düşünürdüm. Lakin işlərimin çox olması səbəbindən bu istəyim yubanırdı. Amma rejissor İbrahim Azəri ilə danışıqlarımızdan sonra düşündük ki, dayanmadan iş başına keçmək və bu mahnıya klip çəkək. İşbirliyimizin yaxşı, yada pis alınmasını klipə baxanlar söyləyə bilər. Məncə pis alınmayıb. Klipin maliyyə tərəfinə gəldikdə isə, mən yalnız ekran işinin texniki tərəfinə pul xərcləmişəm. Demək olar ki, klipi mənə rejissorun hədiyyəsidir. Ekran işində mən iş adamı olmuşam və öz işçimlə də sevgi macərası yaşayıram. Düşünürəm ki, maraqlı süjet xətti var”.