Xəbər verdiyimiz kimi, iyulun 5-də Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub.
“Qafqazinfo”nun məlumatına görə, hotel ötən əsrin ortalarında istifadəyə verilib.
2023-cü ildə 24 saatlıq antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün tam bərpasından sonra Prezident İlham Əliyevin tapşırığına əsasən, hoteldə təmir-bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə başlanıb. Yenidənqurma işlərindən sonra bina ilkin görkəminə qaytarılıb.
Hotelin keçmiş adı da qaytarılıb və “Qarabağ” adı ilə fəaliyyət göstərəcək.







Son xəbərlər
Son Xəbərlər