Uzun illərdir Gəncə şəhərinin müxtəlif yataqxanalarında məskunlaşan Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinin sakinləri doğma yurd-yuvalarına qayıdır.
“Qafqazinfo”nun məlumatına görə, artıq bu gündən 21 ailənin köçü başlayıb.
Dünən həmin ailələrin yükləri və ev əşyaları qəsəbəyə göndərilib. Bu gün isə özləri Kərkicahan qəsəbəsinə yola salınıb.
Gəncə ilə yanaşı, ölkəmizin digər şəhər və rayonlarında məskunlaşan Kərkicahan qəsəbə sakinləri mərhələli şəkildə öz tarixi yurdlarına geri dönəcəklər.
Qeyd edək ki, bu, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə əhali qismində ilk köçdür.
Yunis Quliyev

Son xəbərlər
Son Xəbərlər