Xarkov atəşə tutuldu - Ölən və yaralananlar var

xarkov-atese-tutuldu
Oxunma sayı: 1735

Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov şəhərində yaşayış ərazisini atəşə tutublar.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə məlumat verib.

O, hücum nəticəsində ölən və yaralıların olduğunu bildirib:

“Aralarında uşaqların da olduğu azı 19 nəfər xəsarət alıb: 2022-ci il təvəllüdlü qız, 2023-cü il təvəllüdlü oğlan. Bütün zərərçəkənlərə lazımi yardım göstərilir. Hadisə yerində bütün xidmətlər işləyir”.