Xarkovda məktəbə raket zərbəsi endirildi - Fotolar

xarkovda-mektebe-raket-zerbesi-endirildi
Oxunma sayı: 1511

Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkovda məktəb binası raket hücumuna məruz qalıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Xarkov  vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov öz teleqram kanalında paylaşıb.

Onun sözlərinə görə, bu gün yerli vaxtla səhər saat 4-də Rusiya ordusu Xarkovun Şevçenkovski rayonuna raket hücumu həyata keçirib. Nəticədə məktəb binası dağılıb. Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.

Nəzrin Cavadzadə

Həmçinin oxuyun: Traktorla avtoşluq edən kişi həbs edildi