Xərçəngə qalib gəldi, təbrikə minlərlə adam yığışdı - Video

xercenge-qalib-geldi-tebrike-minlerle-adam-yigisdi
Oxunma sayı: 7344

Türkiyədə Samet Demir adlı şəxs oğlu Ali Asafın qan xərçənginə qalib gəlməsini balacanın ən böyük arzusu ilə qeyd etmək qərarı alıb.

“Qafqazinfo” xəbər verir ki, 6 yaşlı uşağın ən böyük arzusu səmaya şarlar buraxmaq olub.

Atası onun bu arzusunu sosial mediada paylaşaraq sevincli günlərinə minlərlə adamı da cəlb etməyi bacarıb.

Bu gün İstanbulun Sancaktepe rayonunda minlərlə insan bir araya gələrək Alinin arzusunu gerçəkləşdirib və ona dəstək olublar.

Həmin görüntülər sosial şəbəkələrdə böyük maraqla qarşılanıb: