Rusiya İstintaq Komitəsinin müstəntiqləri Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində Xerson vilayətində 20-dən çox mülki şəxsin ölümü ilə bağlı terrorla bağlı cinayət işi açıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.
“Bu fakta əsasən, Rusiya Federasiyası İstintaq Komitəsinin Baş İstintaq İdarəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsi (terror aktı) ilə cinayət işi açıb” , - o qeyd edib.
Petrenko bildirib ki, yanvarın 1-nə keçən gecə Ukraynaya məxsus döyüş sursatı ilə dolu pilotsuz uçuş aparatları tərəfindən Xerson vilayətinin Xorlı kəndindəki kafeyə kütləvi hücum edilib. Hücum nəticəsində 20-dən çox adam ölüb, çoxlu sayda insan yaralanıb.
Son xəbərlər
Son Xəbərlər