“Xəzər Lənkəran 42”yə texniki məğlubiyyət verildi

xezer-lenkeran-42ye-texniki-meglubiyyet-verildi
Oxunma sayı: 2017

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasda AFFA Region Liqasının bir oyunu ilə bağlı aşağıdakı qərar qəbul olunub:

30 aprel 2023-cü il tarixində Region Liqasında keçirilmiş “Marxal” (Şəki) – “Xəzər Lənkəran 42” oyununda “Xəzər Lənkəran 42” komandasının heyətində 72 nömrəli futbolçu Elvin Mirzəyevin və 17 nömrəli futbolçusu İlyas Səfərzadənin cari mövsüm peşəkar müqaviləsinin olması müəyyənləşib.

Əsasnamənin 5.3-cü maddəsinin tələblərinin pozulmasına görə “Xəzər Lənkəran 42” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.